Cənnət Əliyev
Cənnət Salman oğlu Əliyev (17 aprel 1954, Şahbuz rayonu – 30 oktyabr 2014, Bakı) — SSRİ-nin ilk rəsmi milyonçusu (1987), "Təbriz" kooperativinin sədri (1987-2001), Kalmıkiya Respublikasının Yaxın Şərq və Ərəb ölkələri üzrə sabiq səfiri (1994–2000), Ural xalq cəbhəsinin qurucularından biri (1987), bəstəkar.
Cənnət Salman oğlu Əliyev 17 aprel 1954-cü ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Keçili kəndində anadan olmuşdur. 9 yaşında atasını itirmiş və ondan sonra Ordubadda, Araz çayının sahilində yerləşən M.Füzuli adına Ordubad İnternat Məktəbində böyümüşdür.Özü bu məsələ ilə bağlı söhbət açılarkən bunları deyərdi:"İnternatda ondan da artıq aclıq keçirtdim. Mənim burada ən böyük arzum doyunca yemək olub.Bəzən pəncərədən düşüb çörək oğurladığıma görə dəfələrlə döyülmüşəm."
Ali təhsil almaq üçün əvvəlcə Naxçıvan Dövlət Pedaqoji İnstitutuna qəbul olmuşdur. Daha sonra Xalq Təsərrüfatı İnstitutunda təhsil almış, oranı bitirdikdən sonra Sverdlovski Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuşdur.Daha sonra Naxçıvandan müxtəlif bitki otları gətirməyə başlayır. Bakıda kiçik asfalt zavodlarına nə lazım idisə, Ukraynadan, Rusiyadan gətirməyə başlayır. Artıq 1989-cu ilin axırlarında Sverdlovskinin "Smena” qəzetində "Sovet milyonçuları ilə müsahibə” rubrikasında milyonçu kimi müsahibə verir, sonra AZTV-nin "Dalğa” verilişinə dəvət alır.
1982-ci ildən Sibir, Ural, Moskva, Sverdlovski və.s əyalətlərdə Polis orqanlarında işləmiş, bir müddət sonra isə orqandan xaric edilmişdir. 1987-ci ildə Sverdlovsk əyalətinin Yuxarı Puşma şəhərində, uzaq Uralda "Təbriz" kooperativini qurmuş və SSRİ -nin ilk rəsmi milyonçusu kimi məşhurlaşmışdır. 1990-cı il 20 Yanvar faciəsində güllə-borana düşmüş, bu hadisədən ciddi psixoloji zədələr almışdır.